BolgeXeber.Com » Xəbərlər » Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Salyanda vətəndaş qəbulu keçirib

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Salyanda vətəndaş qəbulu keçirib

23-11-2018, 14:35
Oxunub: 1 308 Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Salyanda vətəndaş qəbulu keçiribAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 23 noyabr tarixində Salyan şəhərində vətəndaş qəbulu keçirib

Qəbulda Salyan rayonu ilə yanaşı Şirvan, Sabirabad və Saatlırayonlarından olan vətəndaşlar da iştirak edib.Müraciətlər əsasən, daşınmaz əmlakların dövlət qeydiyyatı, torpaqların təyinatı üzrə istifadəsi və kateqoriyasının dəyişdirilməsi, texniki pasport və digər sənədlərin alınması ilə bağlı olub. Həmçinin, dövlət əmlaklarının özəlləşdirilməsi və icarəsi ilə bağlı suallarda səsləndirilib.
Hər bir vətəndaş müraciətini diqqətlə dinləyən komitə sədri bütün məsələlərin qanunvericiliyə uyğun olaraq həlli istiqamətində tapşırıqlarını verib. Komitənin fəaliyyət istiqamətlərinə aid olmayan məsələlər isə aidiyyəti üzrə göndərilməsi üçün qeydiyyata alınıb.Araşdırılma tələb edən müraciətlərin həll olunması ilə bağlı struktur bölmələrin nümayəndələrinə müvafiq göstərişlər verilib. Bəzi məsələlərelə yerindəcə dərhal həll edilib.
Qəbul zamanı komitə sədri xidmətlərin vətəndaşlara daha yaxın, əlçatan və operativ formada göstərilməsi üçün tətbiq edilən yeniliklərdən danışıb. Qeyd edib ki, daşınmaz əmlakın qeydiyyatı zamanı arxiv sənədlərinin əldə olunması üçün artıq əlavə ünvanlara müraciət etməyə ehtiyac yoxdur. Yaradılan elektron əlaqə ilə qeydiyyat xidmətinin göstərildiyi məkanda vətəndaşın təqdim etdiyi sənədin arxiv əsasının olub olmadığı operativ şəkildə müəyyənləşir. Digər bir yenilik isə torpaq sahələri, fərdi yaşayış evləri və digər daşınmaz əmlakların təkrar bazarda qeydiyyata alınmasının sadələşdirilməsidir. Artıq daşınmaz əmlakın yeni sahibinin adına çıxarışın alınması və təkrar bazarda alqı-satqı prosesi tam elektron formada rəsmiləşdirilir.
Daşınmaz əmlakların qeydiyyatı prosesindəki üstünlüklər vətəndaşların daha rahat və sürətli formada mülkiyyət hüquqlarını həyata keçirməsini təmin edir. Belə ki, daşınmaz əmlaka dair çıxarışlar vətəndaşların istəyi iləhəm kağız, həm də elektron formada 1 iş günü müddətində də təqdim edilir.
Torpaqların kateqoriyasına uyğun istifadəsi ilə bağlı məsələlərə toxunan komitə sədri bildirdi ki, qanunvericiliyə müvafiq olaraq bu sahə üzrə tələblərə riayət olunmasına nəzarət gücləndirilib. Təyinatına uyğun istifadə edilməyən torpaqların aşkar olunması və belə halların aradan qaldırılması üçün komitə tərəfindən mütəmadi monitorinqlər aparılır.
Qəbul zamanı komitə sədri vətəndaşlara göstərilən bütün xidmətlərdə məmnunluğun, çevikliyin və şəffaflığın təminatı istiqamətində görülməli işlərlə bağlı komitənin ərazi idarələri və tabeli qurumlarının yerli şöbələrinin rəhbərlərinə tapşırıqlarını verib. Komitə sədri bildirib ki, hər bir vətəndaş müraciətləri operativ formada həll olunmalı, vətəndaş maraqları qanunvericiliyə uyğun olaraq tam təmin olunmalıdır.
Komitə sədrinin regionlarda vətəndaş qəbulları qarşıdakı aylarda da davam etdiriləcək.
Bolgexeber.com
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Salyanda vətəndaş qəbulu keçirib
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Salyanda vətəndaş qəbulu keçirib