İşdən azad olunan nazir müavini:“Mən küsüb gedənlərdən, qovulanlardan deyiləm”
23-11-2018, 15:26
Oxunub: 2 659
Prezident İlham Əliyevin noyabrın 20-də vəzifəsindən azad etdiyi energetika nazirinin müavini Natiq Abbasov "Report"a açıqlama verib
Keçmiş nazir müavini dövlət başçısının onunla bağlı sərəncamına münasibət bildirib və vəzifəsindən öz istəyi ilə azad edildiyini deyib: "Əsəblərimlə bağlı bir qədər narahatlığım var idi. Ona görə də işdən çıxmaq istədim. Müraciətimə müsbət yanaşdığına görə, Prezidentə təşəkkür edirəm. Hər zaman bu dövlətlə, bu siyasətlə həmrəyəm. Bundan sonra harada və necə çalışacağımı zaman göstərər. Bu dövlət məni yetişdirib, hara istəsə, ora da gedəcəyik”.
N.Abbasov nazir Pərviz Şahbazovla münasibətlərinin yaxşı olmaması ilə bağlı deyilənlərə də aydınlıq gətirib: "Baxmayaraq ki, sərəncam bir neçə gündür verilib, amma indi işdəyəm, sənədlərimi yığıram. Yəni mən küsüb gedənlərdən, qovulanlardan deyiləm. Nazir çox gözəl insandır və onunla heç bir problemim olmayıb”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər