Bakıda “Lotu Quli”ylə görüşə məhdudiyyət qoyuldu: yanına kimlər buraxılır?
4-12-2018, 11:49
Oxunub: 2 366
Ötən həftə Türkiyədən Azərbaycana ekstradisiya olunan "Lotu Quli” kimi tanınan kriminal avtoritet Nadir Səlifov (İsmayılov) hazırda Bakıda ciddi nəzarət altında saxlanılır
Ən son məlumatlara görə, onun yanına yaxın çevrəsinə daxil olan çox məhdud sayda şəxslər buraxılır.
Bolgexeber.com musavat.com-a istinadən xəbər verir ki, N.Səlifovun nə vaxta qədər ev dustaqlığında saxlanılacağı bilinmir. Bu haqda ona və yaxınlarına məlumat verilmir. Nadir Səlifov ötən həftənin şənbə günündən Bakıya gətirilib. Verilən xəbərə görə, N.Səlifovun ekstradisiyasını yüksək rütbəli polis məmurlarından biri həyata keçirib və hazırda "Quli” ev dustağı şəraitində saxlanılır.
Qeyd edək ki, N.Səlifov Azərbaycan həbsxanalarında 22,5 il cəza çəkdikdən sonra ötən ilin oktyabr ayında azadlığa buraxılıb və dərhal da ölkəni tərk edərək Türkiyəyə yerləşib. Ancaq 2 aydan artıqdır ki, Rusiya Federasiyası onun barəsində çoxsaylı şikayətlər olduğunu əsas gətirərək, N.Səlifovun Rusiyanın hüquq-mühafizə orqanlarına təhvil verilməsini istəyirdi. Ancaq o, Azərbaycana gətirilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər