Qazdan istifadə və elektrik enerjisi şəbəkəsinə qoşulma qayadaları dəyişdirildi
4-12-2018, 15:53
Oxunub: 3 014
Nazirlər Kabineti (NK) “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında” və “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”-na dəyişiklik edib.
Bolgexeber.com NK-nın mətbuat xidmətinə istinadla xəbər verir ki, qərar baş nazir Novruz Məmmədov tərəfindən imzalanıb.
Qərara görə, NK-nın 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarında 1.2.3-cü bəndin birinci cümləsindən “xüsusi razılığı (lisenziyası) olan” sözləri çıxarılıb, 1.2. 2.4-cü bənd isə “2.4. Sənaye qaz qurğularının istismara buraxılması Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (bundan sonra – Enerji Məsələlərini Tənzimləmə Agentliyi – EMTA) verdiyi icazə əsasında həyata keçirilir” kimi dəyişdirilib.
Bununla yanaşı, EMTA tərəfindən sənaye qaz qurğusunun istismarına icazə vermək üçün həmin qurğulara texniki baxış istehlakçıların təqdim etdiyi sənədlər toplusu əsasında həyata keçiriləcək. Bura qaz paylayıcısının verdiyi texniki şərt, EMTA və qaz paylayıcısı ilə razılaşdırılmış qaz təchizatı layihəsi, tikinti-quraşdırma işlərini aparmış şəxslə istehlakçı arasında təhvil-təslim aktı, buraxılış-sazlama və rejim-sazlama işlərinin yekununa dair akt, quraşdırılmış sənaye qaz qurğularının texniki pasportları, qaz sayğacının quraşdırılması aktı daxildir.
Eyni zamanda, NK-nın 2013-cü il 27 avqust tarixli 234 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”na əlavə edilib.
Əlavəyə görə, EMTA tərəfindən 150 kVt-dan yuxarı elektrik qurğularının istismarına buraxılış aktı vermək üçün texniki baxış sifarişçilərin təqdim etdiyi sənədlər toplusu əsasında keçirilir. Bura ETM-in və ya dövlət elektroenergetika müəssisəsinin verdiyi texniki şərtlər EMTA və ETM ilə razılaşdırılmış enerji təchizatı layihəsi, tikinti-quraşdırma işlərini aparmış şəxslə sifarişçi arasında təhvil-təslim aktı,elektrik təsərrüfatına cavabdeh şəxsin təyin olunması barədə əmrin surəti, kontur torpaqlama müqavimətinin ölçülməsi protokolu,transformatorun və avadanlıqların sınaq-sazlama protokolu, elektrik verilişi xəttinin sınaq protokolu və qapalı işlər aktı və elektrik sayğacının quraşdırılması aktı daxildir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər