BolgeXeber.Com » Xəbərlər » Bakı Şəhər Təhsil İdarəsi: Məktəblərdə Yeni il şənliyi üçün pul yığılması yolverilməzdir
Bakı Şəhər Təhsil İdarəsi: Məktəblərdə Yeni il şənliyi üçün pul yığılması yolverilməzdir
12-12-2018, 18:06
Oxunub: 2 616
Paytaxt məktəblərində Yeni il şənliyinin keçirilməsi üçün valideynlərdən pul yığılması ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) indiyə qədər heç bir müraciət daxil olmayıb".
Bunu "Report"un sorğusuna cavab olaraq İdarədən bildiriblər.
Qeyd olunub ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində təqvim ilinin yekunları ərəfəsində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı tədbirlərin keçirilməsi tövsiyə olunur: "Müvafiq tədbirlər məktəblilərin Azərbaycançılıq, həmrəylik və birlik ideyaları ruhunda tərbiyə olunması baxımından daha əhəmiyyətli və gərəklidir".
İdarədən bildirilib ki, ümumi təhsil məktəblərində Yeni il bayramı münasibətilə hər hansı vəsaitin yığılması ilə bağlı valideynlər tərəfindən BŞTİ-yə heç bir müraciət daxil olmayıb: "Belə hallarla rastlaşan şəxslər anonim olmadan Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (Tel: (012) 599-12-22; E-poçt: [email protected]) müraciət edə bilərlər".
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər