BolgeXeber.Com » Xəbərlər » Prezident idmanın inkişafında xidmətləri olan şəxsləri təltif edib (SİYAHI)

Prezident idmanın inkişafında xidmətləri olan şəxsləri təltif edib (SİYAHI)

13-12-2018, 17:05
Oxunub: 2 418 Prezident idmanın inkişafında xidmətləri olan şəxsləri təltif edib (SİYAHI)Prezident İlham Əliyev Esmiralda Ələkbərovaya "Əməkdar həkim” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Bolgexeber.com xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasında idman səhiyyəsinin inkişafında xidmətlərinə görə Ələkbərova Esmiralda Əhəd qızına "Əməkdar həkim” fəxri adı verilib.

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafında xidmətləri olan aşağıdakı şəxslərə "Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı verilib:

Həşimov İsmayıl Teymur oğlu
Demina Tanziliya Zaxarovna
Məmmədov Yaqub Əkbər oğlu
Məmmədov Vahid Şərafəddin oğlu
Əlimzanov Şamil Əhmədcanoviç
İbrahimov İbrahim Eldar oğlu
İşməmmədova Svetlana Bəşirovna.

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək:

Nərimanov Elşad Əhməd oğlu
Əliyev Elxan İzzət oğlu
Mircavadov Ağasəlim Seyidəhməd oğlu
***

15:26

Xəbər verdiyimiz kimi, bu gün ölkə başçısı İlham Əliyev bir sıra idman xadimləri və idmançıları ilin yekunları ilə bağlı olaraq mükafatlandırıb.

Oxu.Az xəbər verir ki, mükafatlandırılanlar arasında AFFA Məşqçilər Komitəsinin üzvlərindən olan Ağasəlim Mircavadov da olub.

Ona Prezidentin fərdi təqaüdü ayrılıb. Təqaüd ayrılanlar arasında basketbol üzrə mütəxəssis Elxan Əliyev də olub.

Həmçinin bir neçə idmançıya iki otaqlı ev təqdim olunub. Bunların arasında bu il dünya və Avropa çempionu olmuş yunan-Roma güləşçisi Eldəniz Əzizli də var.

Bundan başqa, bu il kikboksinq üzrə Avropa çempionatının gümüş mükafatçısı olmuş Ramal Aslanov, taekvondoçu Məhəmməd Məmmədov, qadın qroysmeyster şahmatçı Gülnar Məmmədovaya da ev verilib.

Mükafatlandırılanlar arasında Pankration, Qrapplinq və MMA Federasiyasının prezidenti Azad Əsgərov da var. Ona fəxri fərman verilib.