Arvadına sataşdığı üçün əmisi oğlunu döyən şəxs saxlanılıb - RƏSMİ
14-12-2018, 18:32
Oxunub: 4 019
Ötən gün Şəmkir rayonunda əmisinin gəlininə sataşdığı iddia olunan Elşad Həsənovu döyən həmkəndlisi Əli Həsənov saxlanılıb.
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə məlumat verib.
O bildirib ki, Elşad Həsənovu döyərək işgəncə verməkdə şübhəli bilinən həmkəndilisi Əli Həsənov saxlanılıb:
“Şəmkir rayonu Seyfəli kənd sakini Elşad Həsənovun həmkəndlisi Əli Həsənov və qardaşları tərəfindən döyülməsi və işgəncəyə məruz qalması barədə Şəmkir RPŞ-nə onun qardaşı Rəşad Həsənov tərəfindən müraciət daxil olub. Müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən müvafiq araşdırma aparılıb. Faktla bağlı CM-nin 133.2.3 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədilən işgəncə) maddəsi ilə cinayət işi başlanılıb.
Şəmkir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Əli Həsənov saxlanılıb. Hadisənin digər iştirakçılarının müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”.
Qeyd edək ki, E.Həsənov əmisi oğlu Həsənov Əli Fərhad oğlunun həyat yoldaşı Ocaqverdiyeva Nurlana Zabit qızı ilə münasibətdə olub.
Hadisədən xəbər tutan Ə.Həsənov qardaşları Asiman Həsənov və Ruslan Həsənovla birlikdə dekabrın 12-də rayonun Çaylı kəndindən Yeni Həyat kəndi istiqamətində olan avtomobil yolunda E.Həsənovun idarə etdiyi avtomobili saxlatdıraraq onu avtomobildən düşürüblər.
Daha sonra qardaşlar E.Həsənovu döyərək əynindəki paltarları soyundurub, onu videoya çəkiblər və Seyfəli kəndində küçədə düşürüblər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər