Avstraliya Qərbi Qüdsü İsrailin paytaxtı kimi tanıyıb
15-12-2018, 09:57
Oxunub: 3 696
Avstraliya hökuməti Qərbi Qüdsü rəsmi şəkildə İsrailin paytaxtı kimi tanıyıb.
Bu barədə ölkənin baş naziri Skott Morrison bildirib.
Morrison bununla yanaşı qeyd edib ki, Avstraliyanın bu ölkədəki səfirliyi hələlik Tel-Əvivdən köçürülməyəcək. Baş nazir həmçinin vurğulayıb ki, Qərbi Qüdsün İsrailin paytaxtı kimi tanınması Şərqi Qüdsün Fələstinin paytaxtı kimi tanınması imkanı yaradacaq və bu, Avstraliyanın Yaxın Şərqsiyasətində sülh müqaviləsi nəticəsində iki dövlətin yaradılması üçün mühüm addım olacaq.
O, Avstraliyanın Tel-Əvivdəki səfirliyinin Qüdsə köçürülməsindən imtina edilməsini yüksək xərclərlə izah edib. Bu, ilkin hesablamalara görə, təxminən 144 milyon ABŞ dolları təşkil edə bilər.
Qərbi Qüdsdə Avstraliyanın əlavə konsulluğunun, ticarət və müdafiə məsələləri üzrə xüsusi bürosunun açılması nəzərdə tutulur.
Qeyd edək ki, mübahisəli ərazi səbəbindən Fələstin İsraili tanımaqdan imtina edib və onunla təhlükəsizlik sahəsində əldə olunmuş bütün əməkdaşlıqları dayandırıb.(publika.az)
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər