Mübariz Qurbanlı: Sosial mediada əxlaqa zidd məlumatlar yayılır
17-12-2018, 12:09
Oxunub: 2 633
Azərbaycanda 909 dini icma qeydiyyata alınıb ki, onlardan 32-si qeyri-islami dini icmalarıdır.
Bolgexeber.com xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Dini qurumlar və sosial media” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
O bildirib ki, bu istiqamətdə Qafqaz Müsəlmanları İdarəsi ilə birlikdə maarifləndirici işlər görülür:
“Bu gün sosial media elə bir səviyyəyə çatıb ki, televiziyalar, qəzetlər onlarla müqayisə edilə bilməz. Cəmiyyətdə insanlar hər hansı bir fikri sosial mediada yazmaqla dezinformasiyalar, əxlaqa zidd materiallar yaya bilirlər. Bunun isə həm müsbət, həm də mənfi tərəfləri olur.
Məhz buna görə bu gün bir sıra Avropa ölkələrinin özündə də sosial medialara müəyyən nəzarət var. Bəziləri bunu azadlığın məhdudlaşdırılması hesab etsə də, bu, belə deyil. Bu nöqteyi-nəzərdən Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi maarifləndirici tədbirlərin cəmiyyətə çatdırılmasında medianın dəstəyindən istifadə edir. Bu kimi hallara görə bu məsələ Azərbaycanda da diqqət mərkəzindədir”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər