İş adamının qətlində qadın izi - Axşamkı güllələnmə olayı ilə bağlı yeni xəbər
21-12-2018, 12:30
Oxunub: 2 572
Hadisə axşam saat 20:00 radələrində paytaxtın Xətai rayonunda baş verib.
AzNews.az-ın məlumatına görə, Bakı şəhər sakini, 1973-ci il təvəllüdlü Vahabov Fariz Mirzahid oğlu Xətai rayonu, Sadıqcan küçəsində özünə məxsus "Hyundai" markalı 99 HV 222 dövlət nömrə nişanlı avtomobilində güllələnib. Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib və ilkin araşdırmalara başlayıblar. Sonra meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Xətai rayon şöbəsinə aparılıb.
Ekspertiza şöbəsindən AzNews.az-a verilən məlumata görə, mərhum odlu silahdan açılan atəşlə qətlə yetirlib, müayinə zamanı bıçaq xəsarətləri aşkar edilməyib. Meyit müayinə olunduqdan sonra gecəylə ailə üzvlərinə təhvil verilib.
Xətai rayon Polis İdarəsindən aldığımız məlumata görə, artıq baş vermiş cinayət hadisəsi ilə bağlı bir neçə nəfər şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı Xətai rayon prokurorluğunda cinayət məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.
Qeyd edək ki, Vahabov Fariz Mirzahid oğlunun ötən il Xətai rayon Məhkəməsində Məmmədova Aygün Kazım qızı adlı qadınla əmlak bölgüsü ilə bağlı məhkəmə çəkişməsi olub və F.Vahabov məhkəmə prosesini uduzub. Ehtimal olunur ki, qətldə elə əmlak davasına görə törədilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər