"Akif Çovdarov işi"ndə zərərçəkmişə qarşı dələduzluq edən şəxsə bəraət verilib
24-12-2018, 16:00
Oxunub: 2 361
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Məsud Əhmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
"Report" xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmə ona bəraət hökmü çıxarıb. M.Əhmədov məhkəmə zalından azadlığa buraxılıb.
İttiham aktına əsasən, podoratçi şirkətin rəhbəri olan M.Əhmədov 3 nəfərə şəxsə qarşı ümumilikdə 1 milyon 319 min 232 ABŞ dolları məbləğində dələduzluq edib.
Belə ki, o, zərərçəkmiş Faiq Cəfərovun 255 min 600 dollar, Cəfər Cəfərzadənin 43 min manat və “Yeni Yasamal” Mənzil-Tikinti Kooperativinin həbsdə olan sədri Cahangir Alışovun isə 1 milyon 35 min 597 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.
Məhkəmə istintaqı dövründə M.Əhmədov özünü təqsirli bilmədiyini bildirib. Onun vəkili Faiq Nağıyev müdafiə çıxışında müvəkkili barəsində bəraət hökmünün çıxarılmasını istəmişdi.
Xatırladaq ki, C.Alışov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işində zərərçəkmiş şəxs qismində tanınıb. Bakı Hərbi Məhkəməsinin hökmü ilə C.Alışovun zərərçəkmiş kimi tanınmasına xitam verilib.
C.Alışovun oğlu Samir Alışov və şirkətin əməkdaşı Elçin Əsədov da bir mənzili təkrarən sataraq dələduzluq etməkdə təqsirli bilinirlər. Hər iki şəxsin cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər