BolgeXeber.Com » Xəbərlər » Nazirin verdiyi qərara don geyindirmək kimin xeyrinədir...?

Nazirin verdiyi qərara don geyindirmək kimin xeyrinədir...?

25-12-2018, 18:14
Oxunub: 1 724 Nazirin verdiyi qərara don geyindirmək kimin xeyrinədir...?Bayram Zeynalov Sumqayıt Dövlət Yol Polis Şöbəsinə rəhbər təyin edilərkən onun keçmişdə fəaliyyəti mütləq şəkildə nəzərə alındığı aşikardır

Amma görünən odur ki, dövlət və dövlətçiliyi öz şəxsi maraqlarından üstün tutan B.Zeynalova qarşı hiddətli olanlar və onun vəzifədən çıxarılmasından istifadə edənlər peyda olub. B. Zeynalov bundan əvvəl Qaradağ rayon Yol Polisi Şöbəsinin rəisi vəzifəsində çalışıb. Çalışdığı müddət ərzində B.Zeynalov Daxili İşlər Naziri Ramil Usubovun əmri ilə təyin olunduğu postlarda tutduğu vəzifəsini layiqincə icra etməyə çalışıb. Bunu əvvəl işlədiyi Qaradağ rayon və son fəaliyyəti olan Sumqayıt şəhər sakinlərinin razılığından da analiz etmək mümkündür. Bəzən DYP fəaliyyəti ilə bağlı çox saylı şikayətlərin dərc edildiyi media qurumlarında Bayram Zeynalovun adına demək olar ki, rast gəlmək mümkün olmamaqdadır. Bu isə B.Zeynalovun qanunları üstün tutduğunun bariz nümunəsi olaraq qəbul ediləndir.

Sumqayıt şəhər DYP rəisi vəzifəsində olduğu müddətdə sakinlərin daim şikayət və təkliflərini əsas tutaraq onların istəklərini mütləq şəkildə reallaşmasına çalışmış – deyə şəhər sürücüləri bildirməkdədirlər. Digər bölgələrdən fərqli olaraq Sumqayıt şəhər ən həssas yer kimi qəbul edildiyindən bura mütləq şəkildə həssaslığı qoruyacaq rəis təyin edilməli idi. DİN naziri Ramil Usubov məhz bu həssaslığı nəzərə alaraq təcrübəsinə güvəndiyi Bayram Zeynalova etibar göstərərək onu bu vəzifənin üstəsindən gələcəyi üçün Sumqayıt DYP rəisi olaraq təyin etdi. Xatırlatmaq istədiyimiz bir məqam isə bundan ibarətdir ki, istər Daxili İşlər Nazirliyində, istərsədə digər nazirliklərdə təyin edilən şəxslər yalnız təyin edən vəzifəli şəxs tərəfindən işindən azad edilə bilər. Çox keçmiş olmayan zaman kəsiyində məhz bu kimi halın baş verdiyini gördük. Nazir Ramil Usubov Sumqayıt şəhər DYP rəisini əmrlə sərəncama götürdü.

Amma bu sərəncam göründüyü qədər Zeynalovlara qarşı daxili kini olan şəxslərə əl-qolunu açmasına şərait yaratdı ki, Bayram Zeynalovun vəzifədə olarkən haqqında danışmadıqlarını O, çıxdıqdan sonra danışmaq qərarına gəldikləri açıq sezilməkdədir. Beləki bu son dönəm media da yayılan Bayram Zeynalov onu etdi, bunu etdi kimi bayatı üzərində yazılmış sərlövhələrdə çıxan şəxsin ləkələnməsinə yönəlmiş yazılar dərc edildiyindən xəbərdarıq. Bu yazılar həqiqəti əks etdirmədiyi kimi elə büs-bütün yalanlar toplusu kimidə işıq üzü görməkdədir. Amma nə qədər yazıların olmasına baxmayaraq qanunlara tabe olan keçmiş DYP rəisi heç bir qanuna zidd əməlinin olmadığını da dəfələrlə dilə gətirmişdir. Bəzi mətbu orqanlarda isə işdən çıxarılan DYP rəisi B.Zeynalova qarşı cinayət işi açıldığı qeyd edilməkdədir.

Bu iddialarla bağlı B.Zeynalovla əlaqə saxladıq. Mətbuatda yayılan məlumatı diqqətinə çatırdıqda təbəssüm dolu səslə cavab verərək. Əsla deyilənlər həqiqəti əks etdirmir. Mən tutduğum vəzifəyə DİN-i Ramil Usubovun etimadı ilə təyin edilmişəm və bu gün mənim çıxarılmağım məsləhət görülübsə rəhbərimin əmrinə tabe olmalıyıq. Biz bu dövlətin Daxili İşlər orqanlarında xidmət göstərən əsgərləriyik. Bizə hansı əmr verilirsə biz onu icra etməklə mükələfik. Aldığımız təhsil və qanunlarımız bizə yalnız əmrlərə tabe olmağı rəhbər şəxslərin göstərişlərinə sorğu sualsız itaət etməyi öyrədib. Biz bunu bilib bunu icra edərik. O ki, qaldı mənim barəmdə və ya nazirliyin adından hər hansı yalan məlumatların sızdırılmasına və pia olaraq istifadə edilməsinə bütün bunlara əhəmiyyət belə vermirəm. Çünki deyilənlərin heç biri doğru deyil. Sadəcə sərəncama götürülmüşəm səbəbli ya səbəbsiz bunun heç bir önəmi yoxdur əsas önəmli olan cənab Nazirimizin əmr və göstərişləridir.
bakunews.az