BolgeXeber.Com » Xəbərlər » Füzulidə kənd təsərrüfatı və ərzaq məhsullarının satış mərkəzi istifadəyə verildi - FOTO

Füzulidə kənd təsərrüfatı və ərzaq məhsullarının satış mərkəzi istifadəyə verildi - FOTO

26-12-2018, 11:33
Oxunub: 2 073 Füzulidə kənd təsərrüfatı və ərzaq məhsullarının satış mərkəzi istifadəyə verildi - FOTOPrezident cənab İlham Əliyevin respublikada sahibkarlığın inkişaf etdirilməsi, yerlərdə sahibkarlara əlverişli şərait yaradılması barədə tapşırıqları Füzuli rayonunda daim diqqət mərkəzində saxlanılır

Rayonda görülən işlər, həyata keçirilən tədbirlər ölkə başçısının məhz bu sözlərinə uyğun aparılır, sahibkarların daha da yaxşı işləmələri, yeni iş yerləri açmaları, yerli istehsalı artırmaları üçün şərait yaradılır. Füzuli rayonunda sahibkarlara yaradılan şəraitin nəticəsidir ki, məcburi köçkün ailələri üçün salınmış 9 nömrəli Qayıdış qəsəbəsi ərazisində iş adamı, fiziki şəxs Merdinli kənd sakini Kərimli Fərid Seymur oğlu tərəfindən müxtəlif növ kənd təsərrüfatı və ərzaq məhsullarının satışı nəzərdə tutulan Mandarin supermarketi tikilmişdir.

Bolgexeber.com xəbər verir ki, Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev supermarketin açılış mərasimində iştirak edib. Alı Alıyevə məlumat verilib ki, ümumi sahəsi 660 kv.m olan mərkəzin qapalı koşklərində müxtəlif növ kənd təsərrüfatı məhsullarının və ərzaq məhsullarının satışı təşkil olunacaqdır. Burada Qayıdış qəsəbələrində məskunlaşıb yaşayan məcburi köçkünlərin, fermerlərin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının, o cümlədən gündəlik tələbat mallarının satışı üçün lazım olan bütün şərait yaradılmış, alıcı və satıcılar üçün normal şərait təşkil olunmuşdur. Supermarketdə Qayıdış qəsəbələrində yaşayan 28 nəfər məcburi köçkün işlə təmin olunmuşdur.

Alı Alıyev açılış mərasimində Prezident cənab İlham Əliyevin respublikada iş adamlarına, sahibkarlara yaratdığı şəraitdən danışıb. Bildirib ki, hazırda yüzlərlə şəxs Füzuli rayonunda da sahibkarlıq fəaliyyəti ilə məşğul olur, kənd təsərrüfatı, kiçik emal müəssisələri yaradaraq məhsul bolluğu yaradır, yeni iş yerləri açır, sahibkarlıq fəaliyyətlərini genişləndirlər.

Açılış mərasimində iştirak edən məcburi köçkünlər füzulilərə göstərdiyi diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Füzulidə kənd təsərrüfatı və ərzaq məhsullarının satış mərkəzi istifadəyə verildi - FOTO
Füzulidə kənd təsərrüfatı və ərzaq məhsullarının satış mərkəzi istifadəyə verildi - FOTO
Füzulidə kənd təsərrüfatı və ərzaq məhsullarının satış mərkəzi istifadəyə verildi - FOTO
Füzulidə kənd təsərrüfatı və ərzaq məhsullarının satış mərkəzi istifadəyə verildi - FOTO