BolgeXeber.Com » Xəbərlər » Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb

Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb

28-12-2018, 10:45
Oxunub: 1 753 Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıbDekabrın 27-dən 28-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 137 cinayət faktı qeydə alınıb, onların da 20-i "isti izlər"lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 23 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 14 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 2 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 8 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.