Yeni il yeni bağçada-FOTO
29-12-2018, 11:54
Oxunub: 4 380
Yeni il şənliyini Tərtər şəhər 4 saylı körpələr evi-uşaq bağçasının kollektivi yenicə istifadəyə verilmiş bağçada keçirdilər
Bolgexeber.com xəbər verir ki,bayram bayrama qarışdı. Uşaqların da, valdeyinlərin də, kollektivin hər bir üzvünün də çöhrəsindən sevinc tökülürdü. Başdan-başa bəzədilmiş zalda hər kəs al-əlvan yolkanın ətrafına toplandı. İlk sözü bağçanın müdiri Samirə Paşayeva dedi. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl Bayramı ərəfəsində onlara bu sevinci yaşadan Möhtərəm Prezidentə kollektiv adından minnətdarlığını bildirdi.
Qeyd olundu ki, yeni uşaq bağçaları, körpələr evlərinin tikintisi, eləcə də mövcud olanların ən müasir tələblər səviyyəsində təmiri gələcəyimiz olan uşaqlara dövlət səviyyəsində göstərilən diqqət və qayğının təzahürüdür.
Bu gün istifadəyə verilən şəhər 4 saylı körpələr evi-uşaq bağçasının oyun, yemək otaqları, tədris otağı, musiqi zalı, mətbəx, həkim otağı və anbarı var. Otaqların hamısı zəruri inventar və avadanlıqlarla təchiz olunub. Binada uşaqların istirahəti və əyləncəsi üçün hərtərəfli şərait yaradılıb ki, bu da uşaqların kiçik yaşlarından intellektual, fiziki və əqli inkişafı üçün olduqca əhəmiyyətlidir. Yaradılan şərait uşaqların istedad və bacarıqlarının üzə çıxarılmasına, sağlamlıqlarının qorunmasına, insanlarla ünsiyyət yaratmasında mühüm rol oynayır.
Bağçanın müdiri hər kəsi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl Bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edib, onlara uzun ömür, can sağlığı, açıq səma arzuladı.
Sonra balacalar Yeni ilə aid şeirlər söylədilər, mahnılar oxudular, rəqs etdilər. Şaxta babanın, Qar qızın, kulonların gəlişi uşaqlara sevinc bəxş etdi.
Tədbirdə iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov balacaları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il Bayramı münasibəti ilə təbrik edərək, bildirdi ki, Ulu Öndər “Uşaqlar bizim gələcəyimizdir”,-deyirdi. Müasir tipli, yeni avadanlıqlarla təchiz olunmuş bağçanın istifadəyə verilməsi gələcəyimizə olan diqqətin, qayğının təzahürüdür.
Ötən illərdə şəhər 2 saylı, Seydimli, Gülabatlı, Sarıcalı kənd körpələr evi-uşaq bağçaları əsaslı təmir olundu. Sonra 100 yerlik “Nərgizim” uşaq bağçası, məcburi köçkünlər üçün salınmış qəsəbədə 280 yerlik möhtəşəm bir körpələr evi-uşaq bağçası istifadəyə verildi.
Həyata keçirilən layihələr uşaqların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində Azərbaycanda aparılan uğurlu siyasətin məntiqi nəticəsidir.
Rayon rəhbəri uşaqların sosial müdafiəsinin gücləndirilməsinə, onların sağlam və xoşbəxt böyümələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə tərtərlilər adından Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarına öz minnətdarlığını bildirdi
Sonra uşaqlara Yeni il hədiyələri paylandı.






Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər