BolgeXeber.Com » Xəbərlər » Məcburi köçkünlərin məskunlaşdığı bina yandı

Məcburi köçkünlərin məskunlaşdığı bina yandı

3-01-2019, 10:10
Oxunub: 1 993 Məcburi köçkünlərin məskunlaşdığı bina yandıBakının Xətai rayonu Nobel prospekti 86 ünvanında məcburi köçkünlərin məskunlaşdığı ikimərtəbəli binada yanğın hadisəısi baş verib.

Bolgexeber.com Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ötən gecə baş vermiş hadisənin qarşısı Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən alınıb.

Yanğın zamanı bina sakinləri təhlükəsiz əraziyə təxliyə olunub. İlkin məlumata əsasən, yanğın zamanı xəsarət alan olmayıb. Əlavə məlumat veriləcək.