Sakinlər Qobustan icra hakimiyyətindən niyə narazıdır? - GİLEY
4-01-2019, 09:47
Oxunub: 1 979
"Bu yaxınlarda Ekologiya və Təbii Sərvətlər Nazirliyinə etdiyimiz müraciətdən sonra onlar cavab olaraq bildirmişlər ki, yaxşı olar ki, siz əvvəlcə nəzərdə tutulan torpaq sahələrinə dair icarə müqaviləsi bağlayın ki, biz də nazirlik olaraq sizi pulsuz tinglərlə təmin edək"
Qobustan rayonu, Qaracüzlü kənd sakinlərindən,Hüseynov İbrahim Məhəmmədəli oğlu DİA.AZ-a şikayət ərizəsi ünvanlayıb. Şoranlaşmış torpaqlarda bağçılıq-tingliyin salınması barədə istəyini ifadə edən vətəndaş DİA.AZ-a yazır:
"Vaxtilə Yerli aqrar islahatlardan sonra Qobustan rayonu Qurbançı kənd bələdiyyəsinə daxil olan 3 kənddə ( Qurbançı,Qaracüzlü və Ərəbşahverdi) çox böyük miqdarda dövlət ehtiyat fondu torpaqları ayrılsa da bu günədək bu torpaqlardan nədənsə istifadə olunmur. Belə passiv formada qalmış min hektarlarla torpaqlara rəğmən dövlətimizin başçısı cənab İlham Əliyev həmişə rəsmi çıxışlarında çox düzgün qeyd edir ki, neftdən asılılığı azaltmaq və ölkəyə valyuta gətirəcək işlərlə məşğul olmaq lazımdır. Budur, təkcə Qaracüzlü kəndimizə aid olan 5000 ha çox dövlət fonduna aid torpaq sahəsi uzun illərdir ki, əkilmədiyindən, suvarılmadığından şoranlaşaraq yararsız hala düşmüşdür. Hansı ki, bu torpaqların yaxınlığında böyük su anbarı vardır. Əgər biz işsiz-gücsüz kənd camaatına şərait yaradılarsa, yəni uzun müddətli icarə müqaviləsi bağlanarsa, biz birləşib öz daxili qüvvəmizlə həmin boş qalmış sahələrdə tut tingləri əkib yetişdirə bilərik. Və eyni zamanda hamılıqla baramaçılıqla məşğul olub məhsul istehsal edərdik. Və beləliklə də həm biz yerli sakinlər real işlə məşğul olardıq, həm də istehsal etdiyimiz strateji məhsuldan ölkəmizə valyuta daxil olardı. Bu yaxınlarda Ekologiya və Təbii Sərvətlər Nazirliyinə etdiyimiz müraciətdən sonra onlar cavab olaraq bildirmişlər ki, yaxşı olar ki, siz əvvəlcə nəzərdə tutulan torpaq sahələrinə dair icarə müqaviləsi bağlayın ki, biz də nazirlik olaraq sizi pulsuz tinglərlə təmin edək. Lakin çox təəssüflər olsun ki, həvəslə baş vuduğumuz bu iş üşün bu gün Qobustan rayon İcra Hakimiyyətindən özünü icra başçısının müavini kimi təqdim edən şəxs telefonla bildirdi ki, “Sizin savadınız varmı? Nəyə görə bu torpaqlardan istifadə etmək istəyirsiniz? Niyə bu məsələni qaldırmısınız? Çox yersiz işə girişmisiniz və s. bunun kimi boş və mənasız söz və suallar yığını. Mən bu rəsmi adamı başa sala bilmədim ki, siz də maraqlı olmalısınız və bu işlərdə bizlərə yaxından köməklik göstərməlisiniz ki, biz də nəhayət öz zəhmətimizlə dövlətimizin başçısının verdiyi tapşırıqları icra edərək həm özümüz dolanaq, həm də dövlət xeyir görsun. Yerli İcra hakimiyyəti rəsmisinin bu narahatçılığını biz başa düşürük.Çünki onlar bu yerləri, bir iki fermer çobana qeyri-rəsmi icarəyə verməklə özləri üçün beş-altı dana və qoyun əldə edirlər.
Odur ki, cənab Prezidentdən, nazir Şahin Mustafayevdən, nazir İnam Kərimovdan və nazir muxtar Babayevdən çox xahiş edirk ki, qeyd etdiyimiz məslədə bizə köməklik göstərsinlər".
Bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər