Qubada ərlə arvadın intiharının təfərrüatı məlum oldu
4-01-2019, 12:36
Oxunub: 2 834
Ötən gün Qubada ərlə arvadın intihar etməsi ilə bağlı xəbərlər yayılıb
Belə ki, ötən il dekabrın 29-da intihar edən Susayqışlaq kənd sakini Səməd Bədirxanovdan beş gün sonra həyat yoldaşı Bədirxanova Ceyran Kamal qızı da canına qəsd edib. O, özünü yaşadığı evin həyətindəki tövlədən asıb.
Bolgexeber.com xəbər verir ki, məsələnin təfərrüatı ilə bağlı Open.az-a danışan kənd sakinləri bildirib ki, ailə ziyalı ailədir.
Sakinlərin sözlərinə görə, Səməd Bədirxanov içki aludəçisi olub:
“İçki içməyinə baxmayaraq, çox yaxşı insan idi. Qardaşı uzun illər bələdiyyə sədri olub. Hörmətli ailədirlər. Lakin Səməd müəllim içəndən sonra şizofren vəziyyətində etdiklərinə nəzarət edə bilmirdi.
Bəzən içib başqa yerlərdə yatıb qalırdı, gedib evinə gətirirdilər. Həmin vəziyyətdə ağzının danışığını da bilmirdi. Amma kiməsə söz atsın, ailəsinə və ya başqalarına qarşı şiddət göstərsin, belə şeyləri yox idi. Elə hadisə baş verən günü də içkili olub. Evdəkilər onu intihar edəndən sonra görüblər.
Niyə edib, hansı vəziyyətdə edib məlum deyil. Həyat yoldaşı da ondan beş gün sonra intihar edib. Səbəblərini prokurorluq araşdırır. Meyiti ekspertiza ediblər. Xəbərlərdə ailənin problemlərinin olduğunu deyiblər. Əslində, ailənin heç bir sosial problemi olmayıb. Dolanışıqları yaxşı olub”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər