Qonşudakı anomal şaxtalar Bakıya nə vaxt gəlir? (VİDEO)
9-01-2019, 13:18
Oxunub: 2 646
Yaxın müddətdə Rusiyada və Türkiyədə qeydə alınan kəskin soyuq və qar bizdə gözlənilmir.
Bu sözləri axar.az-a açıqlamasında Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva qonşu ölkələrdəki kəskin hava şəraitinin Azərbaycanda da müşahidə edilməsi ehtimalı haqda deyib. O bildirib ki, yaxın günlərdə temperatur aşağı düşsə də, paytaxta qar yağmayacaq:
"Sabah bu günlə müqayisədə temperatur hardasa 5 dərəcə aşağı enəcək, 4-6 dərəcə arası dəyişəcək. Yanvarın 9-dan 10-a keçən gecə güclü külək gözlənilir. Dağlıq ərazilərdə qar yağa bilər, lakin yaxın günlərdə biz paytaxtda qarlı proseslər gözləmirik”.
Qeyd edək ki, son günlərdə qonşu Rusiya və Türkiyədə havalar kəskin soyuyub. Xüsusilə Rusiyanın bəzi bölgələrində havanın temperaturu iqlim normasından 18 dərəcəyə qədər aşağı düşüb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər