BolgeXeber.Com » Xəbərlər » Trest rəisinin rəhbərlik etdiyi qurumla ailə restoranı arasında bağladığı müqavilə-FOTOFAKT
Trest rəisinin rəhbərlik etdiyi qurumla ailə restoranı arasında bağladığı müqavilə-FOTOFAKT
13-01-2019, 17:16
Oxunub: 5 908
SOCAR-ın Komleks Qazma İşləri Trestinin müdiri İsgəndər Şirəlinin ailə biznesi haqda bir neçə gün əvvəl ölkə mediasında ətraflı məlumat verilib
AFN-in də dərc etdiyi materialda bildirilir ki, İ.Şirəli trestin büdcəsi hesabına qızlarına dəbdəbəli qalereya açıb, restoran biznesindən gəlir əldə etməsi üçün şərait yaradıb. Məlumatda qeyd edilirdi ki, trest rəisinin qızı Leyla Şirəli “Ağ şəhər Rəsm Qalereyası”nın sahibidir. Qiyməti 100 minlərlə ölçülən obyekt ailəyə məxsusdur: “Şirəli ailəsinə məxsus daha bir bahalı obyekt isə “Zabitlər bağı”nda yerləşən “Lunch Chef” restoranıdır. Bu obyekt İsgəndər Şirəlinin digər qızı Nilufər Qarayevaya məxsusdur. “İsgəndər Şirəlinin rəhbərlik etdiyi trestin bütün əməkdaşlarının yeməklə təminatını da bu restoran həyata keçirir. Bununla bağlı müqavilə də əlimizdədir və növbəti yazılarımızda onu da oxucuların diqqətinə çatdıracağıq. Trestdə fəhlələrin əmək haqlarının verilməsində gecikmələr müşahidə olunsa da restoranın ödənişlərində problem yoxdur. “Kompleks Qazma İşləri Tresti”nin 400 işçisi adambaşına gündəlik 5 manatlıq yeməklə təmin olunur. Beləliklə, İsgəndər Şirəli qızının restoranına idarə büdcəsindən hər gün 2000 manat (5 günlük iş həftəsinə görə ayda 44 min manat) vəsait ödəyir” – deyə yazıda bildirilirdi.
AFN sözügedən müqaviləni təqdim edir:
Trest rəisinin rəhbərlik etdiyi qurumla ailə restoranı arasında bağladığı müqavilə:

Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər