“Lotu Quli” Azərbaycanı tərk etdi
17-01-2019, 20:21
Oxunub: 2 658
Bir müddətdir Azərbaycanda yaşayan 46 yaşlı "qanuni oğru” Nadir Səlifov ölkəni tərk edib.
Bolgexeber.com "Qafqazinfo"ya istinadən xəbər verir ki, hazırda postsovet məkanının ən nüfuzlu avtoriteti olan "Lotu Quli" yenidən Türkiyəyə qayıdıb. Həbsdən azad olunandan sonra uzun müddət Türkiyədə məskunlaşan Səlifovun gözlənilmədən Bakıya gəlməsi, burada bir neçə ay yaşadıqdan sonra geri dönməsi maraq doğurur.
Onun Türkiyədə olarkən bir neçə dəfə polis tərəfindən saxlanılması və Rusiya tərəfindən tələb olunması haqda məlumatlar yayılmışdı. Bu hadisələrdən sonra Qulinin Bakıya gəlməsi təhlükəsizliyini qorumaq və etibarlı sığınacaqla təmin olunmaq məqsədi ilə əlaqələndirildi.
Lakin Səlifov bir neçə gün əvvəl yenidən İstanbula geri dönüş edib. Onun bu dəfə mühafizəsini gücləndirməsi, ətrafına daha etibarlı şəxslər yığması ilə bağlı məlumatlar var. Rövşən Lənkəranskidən sonra Rusiyada göyərti imperiyası uğrunda əsas savaşçılardan biri olan Quli bu ölkədəki oliqarxlarla toqquşmaq məcburiyyətində qalıb. Bu savaşdan kimin qalib çıxacağı isə yəqin ki, yaxın zamanlarda bəlli olacaq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər