Azərbaycanda kafedə işləyən qadın namusunu qorumaq üçün bıçağa əl atdı
22-01-2019, 16:35
Oxunub: 3 272
Gəncə Ağır Cinayətlər Məhkəməsində namusunu qoruduğuna görə həbs edilən qadının məhkəməsi başlayır.
Bolgexeber.com “ölkə.az”a istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən İbrahimova Ulduz Firdovsi qızının məhkəmə prosesinin hazırlıq iclası yanvar ayının 28-də hakim Faiq Mahmudovun sədrliyi ilə keçiriləcək.
Məlum bıçaqlanma hadisəsi ötən ilin may ayında Gədəbəy rayonunda qeydə alınıb.
Rayonun Qumlu kənd sakini, 1981-ci il təvəllüdlü Əsgərov Rövşən Malik oğlu kafedə yeyib-içdikdən sonra sərxoş vəziyyətdə orada işləyən Ulduz İbrahimova sataşıb. Bu zaman qadın sərxoş kişiyə xəbərdarlıq etsə də xeyri olmayıb.
Nəticədə U.İbrahimova mizin üzərində olan bıçaqla Rövşənin döş qəfəsinə zərbə endirib. Yaralı xəstəxanaya aparılıb və əməliyyat olunub.
Qeyd edək ki, R.Əsgərov qəsdən sağlamlığa xəsarət yetirdiyinə görə əvvəllər məhkumluq həyatı yaşayıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər