BolgeXeber.Com » Xəbərlər » Hacıqabul rayon Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən kursları bitirənlərə vəsiqələr təqdim olundu
Hacıqabul rayon Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən kursları bitirənlərə vəsiqələr təqdim olundu
25-01-2019, 21:17
Oxunub: 2 891
25.01.2019-cu il tarixində Hacıqabul rayon Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən Rəsm, Xalça kurslarını bitirənlərin vəsiqələrinin təqdimatı keçirildi
Tədbirdə Mədəniyyət işçiləri, kurs üzvləri, kurs müəllimləri və valideyinlər iştirak etdilər. Əvvəlcə Mərkəzin direktoru Aytən Zülfəliyeva çıxış edərək bildirdi ki, Hacıqabul rayon Heydər Əliyev Mərkəzində 2014-cü ildən kurslar fəaliyyət göstərir. Artıq bu gün beşinci buraxılış-Vəsiqələrin təqdimatı keçirilir. Hər il buraxılışdan sonra yanvar ayından kurslara yeni qəbul başlanır. Uşaqların bu kurslarda əl qabiliyyətlərinin inkişaf etdirilməsi ilə yanaşı, həmçini, Mərkəzdə keçirilən bütün tədbirlərdə iştirak etmələri onların Heydər Əliyev ideyaları ilə inkişaf etmələrinə kömək edir. Uşaqların asudə vaxtları səmərəli keçir, rayonda, rayondan kənarda keçirilən müxtəlif sərgilərdə, müsabiqələrdə iştirak edirlər, dünya görüşləri artır. Sonra Mərkəzin bələdçisi Aytən Mustafazadə və elmi işçisi Xanım Ağayeva çıxış edərək, kursu bitirənləri təbrik etdilər və Mərkəzdə açılacaq yeni kurslar barədə geniş məlumat verdilər və qeyd etdilər ki, artıq yeni kurslarla bağlı məktəblərə elanlar paylanıb, Hacıqabul qəzetində və facebook səhifəmizdə məlumat yerləşdirilib. Çıxışlardan sonra kurs üzvlərinin əl işlərindən ibarət sərgiyə tamaşa edildi və xatirə şəkili çəkdirildi.
Aytən Zülfəliyeva,Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin direktoru



Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər