BolgeXeber.Com » Xəbərlər » Goranboyda oyun zamanı faciə: 15 yaşlı oğlan 17 yaşlı qardaşını öldürdü

Goranboyda oyun zamanı faciə: 15 yaşlı oğlan 17 yaşlı qardaşını öldürdü

26-01-2019, 10:50
Oxunub: 1 982 Goranboyda oyun zamanı faciə: 15 yaşlı oğlan 17 yaşlı qardaşını öldürdüGoranboyda qardaş qardaşı bıçaqla vuraraq öldürüb

Bolgexeber.com report-a istinadən bildirir ki, hadisə rayonun Xanqərvənd kəndində qeydə alınıb.

Belə ki, 2004-cü il təvəllüdlü X.Məmmədov oyun oynayan zaman mətbəx bıçağı ilə qardaşı, 2002-ci təvəllüdlü İ.Məmmədovun ürək nahiyəsinə zərbə vurub. 17 yaşlı yeniyetmə gənc dərhal ölüb.

Faktla bağlı araşdırma aparılır.