Yaz sessiyasının ilk iclasında 38 məsələ müzakirə ediləcək
26-01-2019, 14:31
Oxunub: 2 305
Parlamentin qarşıdan gələn 2019-cu il yaz sessiyasının qanunvericilik işlər planı və ilk plenar iclasının gündəliyi məlum olub.
Bolgexeber.com xəbər verir ki, fevral ayının 1-də başlayacaq yaz sessiyası ərzində “Azərbaycan Respublikasının Dövlət Gerbinin istifadəsi qaydaları haqqında”, “Azərbaycan Respublikasının Dövlət Himninin istifadəsi qaydaları haqqında”, “Peşə birlikləri haqqında”, “Sosial sifarişlər haqqında”, “Daxili qoşunlar haqqında”, “Hərbi qulluqçuların statusu haqqında”, “Texniki təmizləmə haqqında”, “Standartlaşdırma haqqında”, “Kabel şəbəkəsi yayımı haqqında”, “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında”, “Turizm haqqında”, “Ümumtəhsil haqqında”, “Kinematoqrafiya haqqında”, “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında”, “Yazılı abidələr haqqında”, “Reproduktiv sağlamlıq haqqında”, İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında” və digər qanunlara dəyişikliklər edilməsi ilə bağlı layihələr müzakirə olunacaq.
Həmçinin, Azərbaycan Prezidentinin, Milli Məclis deputatlarının, Ali Məhkəmənin, Baş Prokurorluğun, Naxçıvan Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdikləri qanun layihələrinə də baxılması planlaşdırılır.
Ümumilikdə yaz sessiyasının ilk plenar iclasının gündəliyinə 38 məsələ daxil edilib.
Qeyd edək ki, yaz sessiyasında baş nazirin, ombudsmanın, İnsan alverinə qarşı milli koordinatorun və bələdiyyələrlə bağlı ədliyyə nazirinin müavininin hesabatları dinləniləcək və təsdiqlənəcək.
Yaz sessiyası may ayının sonunda başa çatacaq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər