Qadınların diqqətinə - Bu kosmetik vasitələr TƏHLÜKƏLİDİR
28-01-2019, 16:21
Oxunub: 2 754
Bir sıra kosmetik məhsullar var ki, onlar insanın dərisinə möcüzəvi təsir göstərir
Lakin bəzi kosmetik vasitələrin istifadə edilməsi tövsiyə olunmur. Belə ki, bu vasitələr dəriyə zərər verərək insan sağlamlığı üçün bir sıra təhlükələr yaradır.
Bolgexeber.com Medicina.az-a istinadən sizə həmin kosmetik vasitələrdən bir neçəsini təqdim edir:
1. Kosmetik zər
Müasir zamanda zərli kosmetika dəbdədir. Amma onlardan nə qədər uzaq dursanız, bir o qədər yaxşı olar. Bu, çox az miqdarda olduqda təhlükə yaratmır. Amma bu cür maddələrdən həddən artıq istifadə dəridə qıcıqlanma yaradaraq zərər verir.
2. Kutikulanı təmizləmək üçün qayçı
Salonda və ya evdə manikür etməyinizdən asılı olmayaraq, barmaqlarda olan kutikulların təmizləyərək daha gözəl görüntü əldə etmək mümkündür. Amma bu törəmələr əllərdə əbəs yerə yaranmır. O orqanizmdə infeksiyaya səbəb ola biləcək bakteriya və göbələklərin inkişaflarının qarşısını alır. Buna görə də onları kəsməzdən əvvəl bir az düşünün.
3. Dodaqlar üçün skrab
İnsanlar dodaqlarına skrab çəkərək, onun qurumuş dərisindən azad olacaqlarını düşünsələr də, əslində, bu çox zərərlidir. Skrab istifadə sindən sonra dodaqlar çox quruyur və həssaslığı artır. Bunun səbəbi isə onun dodağın həm quru, həm də normal dərisini sıyaraq onu zədələməsidir. Bu isə nəticədə dodaqların daha çox çatlamasına və zədələnməsinə səbəb olur. Yaxşı olardı ki, dodaqlara spirtsiz balzam çəkəsiniz.
4. Tük tökən kremlər
Depilyasiya üçün nəzərdə tutulan kremlərin tərkibi kimyəvi maddələrdən ibarət olduğu üçün dərini qıcıqlandırır və hətta yanıqlar əmələ gətirir. Buna görə də həssas dərili insanlar bu vasətələrdən istifadə etməsələr daha yaxşı olar.
5. Süni ətirli dezodorantlar
Gün boyu tərin iyini hiss etməmək üçün istifadə edilən düzororantların tərkibində süni gül və ya digər kimyəvi birləşmələr olur. Bəli, tərin iyinin qarşısının alınması üçün bu həqiqətən də kömək edir, amma onların kimyəvi maddələrdən təşkil edildiyini də unutmaq olmaz. Bu maddələr allergiya, reproduktiv sistemin işinin pozulması və hətta respirator problemlərə də yol aça bilər.
6. Sellülit əleyhinə kremlər
Baxmayaraq ki, bu tip kermlərin tərkibi mütəxəssislər tərəfindən təyin edilir, onlar bir sıra sağlamlıq problemlərinə yol aça bilər. Bu kremlər əksər hallarda damarları genişləndirərək, şişkinlik əmələ gətirir ki, bu da sellüliti müvəqqəti olaraq aradan qaldırır. Buna görə də bu cür kremlərdən uzun müddət istifadə etmək məsləhət deyil.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər