BolgeXeber.Com » Xəbərlər » Səyyar “Kütləvi çıxarış” kampaniyası Cəlilabadın 1 şəhərini və 4 kəndində keçirilib
Səyyar “Kütləvi çıxarış” kampaniyası Cəlilabadın 1 şəhərini və 4 kəndində keçirilib
7-02-2019, 13:35
Oxunub: 2 910
Əmlak Məsələləri Dövlət Komitəsi “Kütləvi çıxarış” kampaniyaları ilə qeydiyyat xidmətlərini və hazır çıxarışların təqdim olunmasını vətəndaşlara daha yaxın edir
Əmlak Məsələləri Dövlət Komitəsinin reallaşdırdığı “Kütləvi çıxarış” kampaniyası Cəlilabad rayonu, Göytəpə şəhərində keçirilib.
Komitənin mətbuat xidmətindən Bolgexeber.com-a verilən məlumata görə, sosial kampaniya Göytəpə şəhəri ilə yanaşı, Maşlıq, Kazımabad, Komanlı və Bəcirəvan kəndlərini əhatə edib. Səyyar aksiya ilə sadalanan ərazilərdən olan 80-a yaxın sakinə dövlət reyestrindən hazır çıxarışlar təqdim olundu. Dövlət qeydiyyatına alınmış və çıxarışla təmin olunmuş daşınmaz əmlaklar əsasən, fərdi yaşayış evləri, pay torpaqları və həyətyanı torpaq sahələrinə aiddir.
Kampaniya çərçivəsində 50-ə yaxın sakin daşınmaz əmlakını qeydiyyata almaq üçün ilkin sənədlərini səyyar ofislərə təqdim etdi. İlkin qeydiyyat üçün müraciət edən bəzi sakinlərin daşınmaz əmlakları üzrə çöl-ölçmə işləri də aparıldı. Mobil ofisə yaxınlaşan digər sakinlərə xidmətlər barədə məlumat verildi. Qeydiyyat üçün tələb olunan sənədlərin siyahısı, dövlət rüsumları və xidmət haqları, çıxarışların hansı müddətə verilməsi ilə bağlı vətəndaşların sualları cavablandırıldı.
Respublikanın müxtəlif regionlarında keçirilən belə kampaniyalar daşınmaz əmlakın qeydiyyata alınması prosesini sürətləndirir, vətəndaşların mülkiyyət hüquqlarını daha rahat həyata keçirməsinə şərait yaradır. Dövlət qeydiyyatına alınmış hər bir əmlak isə sahibinə əlavə imkanlar yaradır. Bütün növ daşınmaz əmlakların çıxarışla təminatı onların hüquqi və iqtisadi əməliyyatlara cəlb olunması zamanı yarana biləcək maneələrin qarşısını alır.
Qeyd edilməlidir ki, bununla yanaşı digər sosial aksiya olan “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası keçirilir. Öncədən elan edilən məkanda fəaliyyət göstərən mobil ofislərdə vətəndaşlara bütün növ qeydiyyat xidmətləri göstərilir.
Bolgexeber.com




Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər