BolgeXeber.Com » Xəbərlər » İsmayıllıda avtomobil yolunun tikintisinə 3,8 milyon manat ayrılıb

İsmayıllıda avtomobil yolunun tikintisinə 3,8 milyon manat ayrılıb

8-02-2019, 18:09
Oxunub: 2 886 İsmayıllıda avtomobil yolunun tikintisinə 3,8 milyon manat ayrılıb Prezident İlham Əliyev İsmayıllı rayonunun Muğanlı-İsmayıllı (30 km)-Təzəkənd-Ağbulaq-Qoşakənd avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Bolgexeber.com-un məlumatına görə, sərəncamla üç min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Muğanlı-İsmayıllı (30 km)-Təzəkənd-Ağbulaq-Qoşakənd avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,8 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.