BolgeXeber.Com » Xəbərlər » Oğurladığı 49 min dolları məktubla geri göndərdi: “Biz haram pul istəmirik” - Balakəndə
Oğurladığı 49 min dolları məktubla geri göndərdi: “Biz haram pul istəmirik” - Balakəndə
12-02-2019, 17:10
Oxunub: 3 340
Balakən sakininin evindən 49 min ABŞ dollarını oğurlayan şəxs və yaxud şəxslər yarım aydan sonra oğurladıqları pulları geri qaytarıblar.
Bolgexeber.com-un “Report”a istinadən məlumatına görə, hadisə yanvar ayının 25-i rayonun Qullar kəndində baş verib. Belə ki, kənd sakini Sabir Teliyev yaşadığı evdən nəməlum şəxs və yaxud şəxslər tərəfindən 49 min ABŞ dollarının oğurlanması ilə bağlı Balakən rayon Polis Şöbəsinə müraciət edib. Elə həmin gündən Balakən Rayon Polis Şöbəsi tərəfindən S.Teliyevin yaşadığı ünvandan küllü miqdarda pulu oğurlayan şəxs və yaxud şəxslərin tapılaraq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Lakin hadisə baş verən gündən 15 gün sonra qəribə olay baş verib. S.Teliyevin yaşadığı evdən 49 min ABŞ dollarını oğurlayan şəxs və yaxud şəxslər oğurladıqları pulun məbləğini tam şəkildə “Biz haram pul istəmirik” məzmununda məktubla birlikdə həyətyanı sahənin hasarından içəri tullayıblar.
Oğurlanan pul həyətə tullanılan zaman vəsaitin 29 mini ABŞ dolları şəklində, qalan hissəsi isə Azərbaycan manatı ilə olub.
Araşdırmalar davam etdirilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər