Sumqayıtdan Bakıya gələn sürət qatarı qadını vurub öldürdü
13-02-2019, 11:16
Oxunub: 2 252
Sumqayıtdan Bakıya gələn sürət qatarı qadını vurub öldürüb
Bolgexeber.comTrend-ə istinadən xəbər verir ki, hadisə rayonun Xırdalan şəhəri ərazisində, səhər saat 07 radələrində baş verib.
Xırdalan şəhəri ərazisində Sumqayıtdan Bakıya gələn sürət qatarının bir nəfəri vurub öldürməsi barədə məlumat daxil olan kimi polis və prokurorluq orqanları əməkdaşları dərhal hadisə yerinə baxış keçirib.
Məlum olub ki, Abşeron rayonu Xırdalan şəhər sakini, 1978-ci il təvəllüdlü Abbasova Roza Maşallah qızı Xırdalan şəhəri, “Çexkalon” adlanan ərazidə qatar relsinin üzəri ilə işə gedərkən Sumqayıtdan Bakıya gələn “Ştabler” markalı sürət qatarı vurması nəticəsində ölüb.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 262.2-ci (Dəmir yolu, su və ya hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsilə cinayət işi başlanıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər