BolgeXeber.Com » Xəbərlər » Prezident Beyləqana üç milyon manat ayırdı

Prezident Beyləqana üç milyon manat ayırdı

13-02-2019, 17:39
Oxunub: 1 582 Prezident Beyləqana üç milyon manat ayırdıPrezident İlham Əliyev fevralın 13-də “Beyləqan şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi və əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

Sərəncama əsasən, Beyləqan şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq və abadlıq-quruculuq işlərini davam etdirmək məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Beyləqan Rayon İcra Hakimiyyətinə üç milyon manat, o cümlədən, istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün 36 mənzilli yaşayış binasının tikintisinə görə iki milyon manat, abadlıq-quruculuq işlərinin davam etdirilməsinə görə bir milyon manat ayrılıb.