Tərxunun bilmədiyiniz 10 FAYDASI
16-02-2019, 12:11
Oxunub: 2 899
Dadı ilə digər göyərtilərdən fərqlənən tərxun faydası ilə də adından söz etdirir.
Tərxunun bilmədiyiniz faydaları haqda məlumat veririk:
1. Həzm prosesini yaxşılaşdırır. Yağlı və ağır yeməklər yeyən zaman tərxundan istifadə etməklə həzm prosesini asanlaşdırmaq mümkündür. O, mədənin fəaliyyətini gücləndirir.
2. Ağız boşluğunda və damaqda iltihab zamanı tərxun olduqca faydalı bir vasitədir. Həmçinin diş və baş ağrısı zamanı da tərxundan istifadə xeyirlidir.
3. Bu bitkidən tənəffüs yollarının müalicəsi zaman da istifadə edirlər.
4. Tərxunla damar divarlarındakı problemləri də aradan qaldırmaq mümkündür. Bu bitki qanı da təmizləyir.
5. Bu ətirli bitki sidikqovucu xassəyə malikdir. Müntəzəm olaraq tərxundan istifadə etməklə bədəndəki duzları xaric etmək olar.
6. İştahasında problem olanlar, özlərində zəiflik hiss edənlər tərxundan istifadə etməklə bu xoşagəlməz vəziyyətdən qurtula bilərlər.
7. Tərxun bitkisi sinir sisteminə müsbət təsir göstərir, əsəb gərginliyinin aradan qaldırır. Həmçinin zehni yorğunluğu da götürür.
8. Oynaqlarda, xüsusilə diz qapağında ağrıları aradan götürməlkə yanaşı, tərxun həm də oynaqlardakı kirəçləşmənin qarşısını alır.
9. Tərxun bitkisi potensiyanın gücləndirilməsi üçün də faydalıdır.
10. Sinir sistemində problemi olanlar, əsəb gərginliyini aradan qaldırmaq istəyənlər üçün bir xörək qaşığı tərxun yarpağını bir stəkan qaynar suda dəmləmək lazımdır. Dəmlənmiş məhlulu bir saat saxladıqdan sonra soyudub gündə üç dəfə 100 qram qəbul etməklə yararlana bilərsiniz.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər