BolgeXeber.Com » Xəbərlər » Prezident İlham Əliyev: Sumqayıtda məskunlaşan bütün məcburi köçkün ailələri tədricən yeni evlərə köçürüləcək
Prezident İlham Əliyev: Sumqayıtda məskunlaşan bütün məcburi köçkün ailələri tədricən yeni evlərə köçürüləcək
18-02-2019, 17:40
Oxunub: 2 068
Sumqayıtda məskunlaşan bütün məcburi köçkün ailələri tədricən yeni evlərə köçürüləcək.
Bunu Azərbaycan Prezident İlham Əliyev fevralın 18-də Sumqayıta səfəri çərçivəsində dənizkənarı bulvarda şəhər sakinləri ilə görüşündə deyib.
Dövlətimizin başçısı Sumqayıt təhsil müəssisələrinin yataqxanalardakı məcburi köçkünlərin köçürülməsini və tələbələrin orada yerləşdirilməsi məsələsinin həll ediləcəyini bildirib:
“Bu il bu məsələ həll olunmalıdır. Bilirsiniz ki, keçən il Sumqayıtdakı köçkünlər üçün 2 mindən çox mənzilin tikintisi təmin edildi və mən o evlərin açılışında olmuşam. Sumqayıtda təqribən 14 min məcburi köçkün ailəsi məskunlaşıb və biz bütün bu ailələri tədricən yeni evlərə köçürəcəyik. Göstəriş verildi ki, bu il əlavə 2 min mənzildən ibarət şəhərciklər salınsın və bu məsələ bir neçə il ərzində həll olunacaq”.
İlham Əliyev qeyd edib ki, həm köçkünlər rahat evlərə köçəcəklər, həm də onların indi qaldıqları yataqxanalar təmir olunacaq və tələbələrə veriləcək.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər