BolgeXeber.Com » Xəbərlər » Bakıya ilk qar yağdı

Bakıya ilk qar yağdı

19-02-2019, 09:47
Oxunub: 1 430 Bakıya ilk qar yağdı  Azərbaycanın rayonlarında da hazırda bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağır, yağıntının ayrı-ayrı rayonlarda intensiv olacağı bildirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumatına görə, fevralın 18-dən 19-na keçən gecədən başlayaraq Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişib, yağış sulu qara keçib. Havanın temperaturu fevralın 19-da ötən günlə müqayisədə 6-8 dərəcə aşağı enib. Hazırda Bakıya sulu qar yağır. Belə hava şəraiti fevralın 20-dək davam edəcək.

Azərbaycanın rayonlarında da hazırda bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağır, yağıntının ayrı-ayrı rayonlarda intensiv olacağı bildirilib.