BolgeXeber.Com » Xəbərlər » Sumqayıtda avtobus qəzasında xəsarət alanların SON VƏZİYYƏTİ: 6 nəfər hələ reanimasiyada

Sumqayıtda avtobus qəzasında xəsarət alanların SON VƏZİYYƏTİ: 6 nəfər hələ reanimasiyada

22-02-2019, 10:35
Oxunub: 2 424 Sumqayıtda avtobus qəzasında xəsarət alanların SON VƏZİYYƏTİ: 6 nəfər hələ reanimasiyadaHadisə nəticəsində avtobus yaxınlıqdakı mağazaya çırpılıb

Bolgexeber.com xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında xəstəxananın baş həkimi Rauf Sadıqov deyib.

Baş həkim bildirib ki, xəstəxanada müalicə olunanlardan 6 nəfər reanimasiya şöbəsində, 13 nəfər isə palata şəraitində müalicə olunur: "Reanimasiyaya yerləşdirilən 6 xəstənin vəziyyəti orta ağırdır, həyati təhlükə gözlənilmir. Bu gün həmin xəstələr də palataya köçürüləcək. Palata şəraitində müalicə olunanlardan 5 nəfər bu gün ambulator müalicəyə buraxılacaq".


Xatırladaq ki, fevralın 21-də hadisə Sumqayıt şəhəri Sülh küçəsində baş verib.

Sumqayıt - H.Z.Tağıyev qəsəbəsi marşrutu üzrə hərəkət edən 30 saylı avtobus minik avtomobili ilə toqquşub.

Hadisə nəticəsində avtobus yaxınlıqdakı mağazaya çırpılıb.

Hadisə nəticəsində 31 nəfər Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilirb.