Beynəlxalq Bankın qadın əməkdaşı ilə bağlı məhkəmə qərar verdi
26-02-2019, 13:14
Oxunub: 2 412
Dələduzluq maddəsi ilə bəraət alan Beynəlxalq Bankın qadın əməkdaşı yenidən hakim qarşısına çıxarılıb.
AzNews.az-ın məlumatına görə, Səmədova Kifayət Tarix qızının bəraət hökmü ilə razılaşmayan dövlət ittihamçısı Ali Məhkəməyə apellyasiya protesti verib. Bu gün Ali Məhkəmədə hakim Hafiz Nəsibovun sədrliyi ilə K.Səmədovanın məhkəməsi keçirilib və apellyasiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.
Xatırladaq ki, ötən ilin fevral ayında Bakı Ağır Cinayətlər Məhkəməsində Beynəlxalq Bankın Şamaxı filialının direktoru, mənimsəmədə təqsirləndirilən Əlisultan Məmmədovun və bankın daha 3 əməkdaşına hökm oxunub.
Hakim Ramella Allahverdiyevanın icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə Əlisultan Məmmədov 7 il müddətinə azadlıqdan məhrum edilib. İstintaq dövründə sərbəst buraxıldığı üçün məhkəmə zalında həbs edilib. Bankın əməkdaşları Ramin Səməndərov, Kifayət Səmədova və Hacalı Cavadova şərti cəza verilib.
Qeyd edək ki, Ə.Məmmədov başqa şəxslərin adına kredit götürüb mənimsəməkdə ittiham edilir.
Bundan sonra apellyasiya şikayəti verən Kifayət Səmədova məhkəmənin hökmü ilə bəraət alıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər