Prokuror 300 min manatdan artıq dələduzluq edən iş adamına cəza istədi
27-02-2019, 17:36
Oxunub: 2 669
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Zaur Əzimovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Trend-in məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxsin 9 il azadlıqdan məhrum edilməsinin istəyib.
Məhkəmənin növbəti iclası martın 6-na təyin edilib.
İttihama əsasən, iş adamı olan Z.Əzimov tanışları Asiman Ağayevdən 60 min, Elşən Məmmədovdan 217 min, İlkin Naibovdan 45 min, Rövşən Tanrıverdiyevdən isə 46 min manat pul alıb. Bütün bunların qarşılığında Z.Əzimov tanışlarına biznes fəaliyyəti ilə məşğul olacaqlarını deyib.
Z.Əzimov əldə edəcəyi qazancdan hər ay tanışlarına müəyyən məbləğdə gəlir verəcəyini vəd etsə də, sonra aldığı məbləği geri qaytarmayıb.
Nərimanov rayon Polis idarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1979-cu il təvəllüdlü Zaur Siyavuş oğlu Əzimov 2017-ci ildə saxlanılıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər