Bakıda qızıl oğrusu ələ keçdi - Heç kimin ağlına gəlməyəcək plan qurub
6-03-2019, 12:23
Oxunub: 2 219
Bakıda zərgərlik mağazalarından qeyri-adi üsulla oğurluq edən şəxs həbs edilib.
Oxu.Az-ın məlumatına görə, Bakıda bir ay ərzində Mərkəzi Univermaq və Moskva Univermağından qızıl-zinət əşyaları oğurlayan 1994-cü il təvəllüdlü Murad Mehman oğlu Əbdürrəhimov polis əməkdaşları tərəfindən saxlanılıb.
Məlum olub ki, Murad Əbdürrəhimov qızıl-zinət əşyaları satılan mağazalarla əlaqə saxlayaraq, seçdiyi bir neçə brilyant qaşlı boyunbağını evinə çatdırmasını xahiş edib.
Sifariş ünvana gətirilən zaman oğru kirayə götürdüyü avtomobillə təyin etdiyi ünvana gedib. Maşının açarını həmin kuryerə verərək, o qızılları həyat yoldaşına göstərənə kimi gözləməsini istəyib. Lakin Murad Əbdürrəhimov geri qayıtmayıb.
Polisin keçirdiyi əməliyyat nəticəsində oğru həbs olunub.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər