BolgeXeber.Com » Xəbərlər » Hacıqabul rayonunda 8 Mart Beynəlxalq Qadınlar günü münasibəti ilə tədbir keçirildi
Hacıqabul rayonunda 8 Mart Beynəlxalq Qadınlar günü münasibəti ilə tədbir keçirildi
7-03-2019, 18:40
Oxunub: 9 258
07.03.2019-cu il tarixində Hacıqabul rayonunda 8 Mart Beynəlxalq Qadınlar günü münasibəti ilə tədbir keçirildi
Əvvəlcə rayon qadınları Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoydular. Sonra tədbir rayonda yerləşən “Qədirxum” ailəvi istirahət mərkəzində davam etdirildi. Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə rayonun bütün idarə və təşkilatlarında çalışan qadınlar, şəhid anaları, idarə və təşkilatların rəhbər işçiləri iştirak etdilər. Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı çıxış edərək bütün qadınları bayram münasibəti ilə təbrik etdi və bir neçə qadın İcra Hakimiyyəti Başçısı tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırıldı.YAP rayon təşkilatının sədri Hafis Bəşirov, Təhsil şöbəsinin müdiri Sükür Məmmədov və başqaları çıxış edərək bayram münasibəti ilə qadınları təbrik etdilər. Tədbir Mədəniyyət Mərkəzinin və Bakıdan dəvət olunmuş muğənnilərin xoş musiqi sədaları altında davam etdirildi.
b]Bolgexeber.com[/b]





Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər