Şəmkirdə yol qəzasında ölən və yaralananların adları məlum olub
9-03-2019, 10:15
Oxunub: 2 113
Ötən gün Şəmkir rayonunda baş vermiş yol qəzasında ölən və yaralananların adları məlum olub.
"Report"un Qərb bürosunun məlumatına görə, ölənlər Şəmkir rayon Əliyaqublu kənd sakini, "VAZ-2106" markalı avtomobilin sürücüsü, 1999-cu il təvəllüdlü Ruslan Vilayət oğlu Kazımov və onun sərnişini, 2000-ci il təvəllüdlü Elxan Nəsimi oğlu Cəlilovdur.
Hadisə nəticəsində 1995-ci il təvəllüdlü Taleh İspəndiyar oğlu Ələkbərov və onun həmyaşıdı Bağır İlham oğlu Hüseynov yaralanıb. Yaralılardan biri Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb. Digər yaralı isə Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Həmin yaralının da Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilməsi planlaşdırılır.
Yük maşının sürücüsünün isə xəsarət almadığı bildirilir.
Qeyd edək ki, hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonunun Əliyaqublu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Türkiyə vətəndaşının idarə etdiyi TIR-la Şəmkir rayonunun Əliyaqublu kənd sakini Ruslan Kazımovun idarə etdiyi "VAZ-2106" markalı avtomobil toqquşub. Nəticədə 2 nəfər ölüb, digər ikisi isə yaralanıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (nəqliyyatda ehtiyatsızlıqdan iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
*** 23:00
Şəmkir rayonunda bir neçə nəfərin ölümü və xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib
Hadisə Əliyaqublu kəndi ərazisində qeydə alınıb
Belə ki, minik və yük avtomobillərinin toqquşması nəticəsində 2 nəfər ölüb, daha br neçə nəfər ağır yaralanıb.
Yaralılar xəstəxanaya aparılıb.
***22:44
Şəmkir rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.
Hadisə Əliyaqublu kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, avtomobil qəzası zamanı azı 4 nəfər xəsarət alıb. Hazırda hadisə yerinə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər