Bir ildə 30-a yaxın gömrükçüyə cinayət işi açılıb - Korrupsiya faktı
13-03-2019, 12:20
Oxunub: 2 226
"Gömrükdə çox böyük dəyişikliklər baş verib. Bu dəyişikliklər Azərbaycanın milli iqtisadiyyatının inkişafına hədəflənib. Azərbaycan gömrüyündə şəffaflıq tam bərpa olunub"
Azvision.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin gömrük tariflərinin tənzimlənməsi və ödənişlər baş idarəsinin rəisi, gömrük xidməti general-mayoru Mirqasım Vahabov "Gömrük islahatları: şəffaf gömrük, asan və sürətli ticarət" mövzusunda keçirilən təlimdə deyib.
İdarə rəisi bildirib ki, son 1 ildə 30-a yaxın gömrük əməkdaşının fəaliyyətində korrupsiya halı baş verib və onların əməlinə hüquqi qiymət verilməsi üçün Baş Prokuror yanında Korrupsiya ilə Mübarizə İdarəsinə müraciət olunub, cinayət işi açılıb.
M.Vahabov qeyd edib ki, hər bir gömrük əməkdaşı öz məsuliyyətini dərk edir: "Çalışırıq ki, gömrük orqanlarında çalışan insanların hər biri öz xidməti fəaliyyətində vətəndaşlara mədəni xidmət göstərsinlər. Demək olar ki, bunun öhdəsindən gəlmişik".
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər