Akademik Musiqili Teatrı Novruz günlərində
15-03-2019, 18:15
Oxunub: 3 743
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Novruz bayramı günlərində 5 tamaşa ilə teatrsevərlərin görüşünə gələcək
Qurumun mətbuat xidmətindən bildirilib ki, teatr mart ayının 22-də “Amerikalı kürəkən” (R.Mirişli, M.Haqverdiyev), 23-də Ü.Hacıbəylinin “O olmasın, bu olsun”, 24-də isə “Arşın mal alan” əsərlərini nümayiş etdirəcək. Tamaşalar axşam saat 19:00-da başlayacaq.
Balaca teatr həvəskarları martın 23-də saat 12:00-da ana dilimizdə “Meşə çaqqalsız olmaz” (Ə.Səmədli), 24-də saat 12:00-da rus dilində “Bir dayan canavar” (R.Ağayeva, A.Xayt, A.Kurlyanski) musiqili nağıl-tamaşalarına baxa biləcəklər.
Gələn həftəsonu təqdim olunacaq tamaşalarda sevimli aktyorlar – Xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, Əməkdar artistlər – Ələkbər Əliyev, Əzizağa Əzizov, Novruz Qartal, Almaz Ələsgərova, Svetlana Bulax, Şövqi Hüseynov, Nahidə Orucova, Əkbər Əlizadə, aktyorlar – Məhərrəm Qurbanov, Elxan İsmayılov, Nadir Xasıyev, Emil Heydərov, Gülnarə Abdullayeva, Ağaxan Şərifov, Ülviyyə Əliyeva, Gülnarə Əzizova, Şaban Cəfərov, Yuliya Heydərova, Ruslan Mürsəlov, Gültac Əlili, Telnaz Hüseynova, Mehriban Zalıyeva, Əmrah Dadaşov, Aydan Həsənova, Güldanə Əzimova, İbrahim Əlizadə, Elməddin Dadaşov, Fərid Rzayev, Eleanora Mehdiyeva, Türkel Tariqpeyma, Səmədzadə Xasıyev, Valeriya İsgəndərzadə, Nigar Qarayeva, Atəş Qarayev, Mehriban Rəcəbova, Təranə Əliyeva, Rüstəm Rüstəmov, Kəmallədin Məmmədov, Murad Əliyev, Əli Kərimov, azyaşlı aktyorlar – Hüseyn Nağıyev, Rahib Məmmədzadə, Xədicə Kərimli ifa edəcəklər.
Teatr Novruz bayramı günlərini yaddaqalan keçirmək istəyən hər kəsi bir-birindən maraqlı səhnə əsərlərinə baxmağa dəvət edir. Teatrsevərlər 6 manatdan başlayan biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən, eləcə də iticket.az saytından əldə edə bilərlər.

Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər