QMİ-nin bölgə nümayəndələrinə maddi dəstək verilməyəcək
22-03-2019, 15:09
Oxunub: 2 739
Bu il Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) bölgələr üzrə qazıları və səlahiyyətli nümayəndələri maddi dəstək alan şəxslərin siyahısından çıxarılıb
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq məlumat verib.
Bildirilib ki, din xadimlərinə dövlət tərəfindən maaş deyil, maddi dəstək verilir:
“Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 10 oktyabr 2017-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu yaradılıb. Fondun fəaliyyətinin əsas istiqamətlərindən biri də mənəvi dəyərləri təbliğ edən şəxslərə - din xadimlərinə maddi dəstəyin verilməsidir. Ötən il olduğu kimi bu il də QMİ ilə birgə maddi dəstək alacaq din xadimlərinin siyahısı müəyyənləşdirilərək onlara maddi dəstək verilməsinə başlanılıb. Lakin 2018-ci ildən fərqli olaraq bu il QMİ-nin bölgələr üzrə qazıları və səlahiyyətli nümayəndələri maddi dəstək alan şəxslərin siyahısından çıxarılıb. Buna səbəb həmin şəxslərin QMİ-dən maaş almalarıdır”.
Qeyd olunub ki, fonddan dəstək alan 986 din xadimi var. Onlardan 380 nəfəri imam, 271 nəfəri imam müavini, 335 nəfəri isə mütəvəllidir. İmamlara 450 AZN, imam müavinlərinə 350 AZN, mütəvəllilər isə 250 AZN maddi dəstək verilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər