BolgeXeber.Com » Xəbərlər » Misir Mərdanov qəzaya düşdü: xəsarət alıb

Misir Mərdanov qəzaya düşdü: xəsarət alıb

27-03-2019, 13:32
Oxunub: 2 249 Misir Mərdanov qəzaya düşdü: xəsarət alıbKeçmiş təhsil naziri, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov avtomobil qəzasına düşüb.

Bolgexeber.com ONA-ya istinadən xəbər verir ki, bu barədə Misir Mərdanovun özü məlumat verib.

O bildirib ki, bir neçə gün əvvəl avtomobil qəzasına düşüb: “Qəza nəticəsində bir az bədən xəsarətləri almışam. Hazırda isə müalicə olunuram”.

Misir Mərdanov qəzanın təfərrüatları barədə əlavə məlumat vermək istəməyib.