Azərbaycanda orijinal toy dəvəti - FOTO
28-03-2019, 09:37
Oxunub: 2 431
Qazax rayonunun Ermənistanla sərhəd xəttindən 150 metr uzaqlıqda yerləşən Məzəm kəndində sakinlərin toya dəvət olunması ilə bağlı maraqlı və orjinal bir ənənə formalaşıb.
Bolgexeber.com "Sherg.az"-a istinadən xəbər verir ki, təxminən 500 nəfərdən ibarət olan bu sərhəd kənddə toy dəvətnaməsi hər kəsin evinə göndərilmir. Hər hansı bir kənd sakini övladına toy, düyün edərsə və ya övladının müəssər olduğu nailiyyətlərlə bağlı ziyafət verərsə, bununla bağlı ümumi bir dəvətnamə yazılır.
Kənd sakinlərinin daha sıx, eyni zamanda tez-tez toplaşıb müzakirələr apardığı bir məkandakı ağaca vurulur. Və bütün kənd sakinləri mərasimə dəvət olunurlar. Bunun yaranmasını zəruri edən isə həmin kənddə yaşayan əhalinin sayının azlıq təşkil etməsi olub.
Əhalisi az olan kəndlərdə hər hansı bir toy, nişan olarsa, bütün kənd əhli mərasimə dəvət olunur. Qeyd edək ki, məlum ənənə uzun müddətdir, davam edir.
Kənd sakinləri bu adəti davam etdirəcəklərini söyləyirlər. Onlar bu toya dəvət metodunun çox rahat, səmimi və anlayışlı olduğunu düşünürlər.

Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər