Beynəlxalq Teatr gününə həsr olunmuş tədbir keçirilib-FOTO
28-03-2019, 12:33
Oxunub: 4 804
Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Yevlax şəhər Yaradıcılıq evində Beynəlxalq Teatr gününə həsr olunmuş tədbir keçirilib
Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Yevlax şəhər Yaradıcılıq evində Beynəlxalq Teatr gününə və Bəşir Səfəroğlu adına “Xalq” teatırının Şəhid aktyoru, rejissoru Mahmud Hüseynovun əziz xatirəsinə həsr olunmuş “Ayrılığın sonu yoxmuş” adlı ədəbi-bədii xatirə gecəsi keçirilib.
Tədbiri giriş sözü ilə Şəhər Mədəniyyət Mərkəzin direktoru, Respublikanın Əməkdar Mədəniyyət İşçisi Eldəniz Mustafayev açıb və bu günün mahiyyəti, Azərbaycan Teatrının dünya teatr məkanına inteqrasiyası barədə ətraflı məlumat verib.
Bildirilib ki, Beynəlxalq Teatr İnstitutunun 1961-ci ildə Vyanada keçirilmiş IX konqresində qəbul edilmiş qərara əsasən, hər il martın 27-si Beynəlxalq Teatr Günü kimi qeyd olunur.
Tədbirdə Azərbaycan teatrının zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin qorunması, milli mənəvi dəyərlərin təbliği və dünya mədəniyyətinə inteqrasiyasını təmin etmək, milli teatr sənətinin davamlı inkişafını dəstəkləmək məqsədilə Prezident İlham Əliyevin 2009-cu il 18 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı”nın uğurla həyata keçirilməsindən danışılıb və müvafiq Sərəncamın teatrımızın dünya teatrları arasında tanınmasına təkan verdiyi bildirilib.
Sonra Yevlax şəhərində teatr sənətində müstəsna xidmətləri olan Şəhid aktyor Mahmud Hüseynovun həyat fəaliyyətindən, yaradıcılıgından, vətən üçün canından keçməsindən danışılıb və Şəhidin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxışlardan sonra Yevlax şəhər Yaradıcılıq evinin direktoru, Respublikanın Əməkdar Mədəniyyət İşçisi Zöhrə Adgözəlovanın hazırladığı ssenari əsasında tədbirin ikinci hissəsinə start verilib. Mədəniyyət işçiləri Türkan Əliyeva, Aynur Mustafayeva, Kəmalə Qurbanova,Fəridə Həsənova, Elnurə Babayeva, Teymur Mustafayev,Zaur Qurbanov, Xan Quliyev,Taleh Əzimov və bir neçə yaradıcı insanlar səhnə fəaliyyətini nümayiş etdiriblər.
Tədbirdə Şəhid aktyor Mahmud Hüseynovun sənət yoldaşları da aktyor haqqında öz keçmiş xatirələrini danışıblar.
Qeyd edək ki, tədbirdə Şəhid aktyorun yaxın qohumları, ailə üzvləri, ziyalılar və çoxsaylı mədəniyyət işçiləri iştirak edib.
Bolgexeber.com









Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər