BolgeXeber.Com » Xəbərlər » Polis rəisi vəzifəsindən azad edildi

Polis rəisi vəzifəsindən azad edildi

9-04-2019, 09:42
Oxunub: 2 260 Polis rəisi vəzifəsindən azad edildiAğcabədi rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin rəisi, polis mayoru İldırım Alıyev vəzifəsindən azad edilib.

Bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Onun yerinə hələlik təyinat olmayıb.

Qeyd edək ki, bir müddət əvvəl Zəngilan rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Ənvər Həsənov tutduğu vəzifədən azad edilərək Ağcabədi rayon Polis Şöbəsinin rəisi təyin edilib.