Müdafiə Nazirliyi vətəndaşlara və KİV nümayəndələrinə müraciət edib
9-04-2019, 18:14
Oxunub: 2 807
Müdafiə Nazirliyi vətəndaşlara və KİV nümayəndələrinə müraciət edib.
Nazirlikdən verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən ordu ilə xalq arasında əlaqələrin daha da möhkəmləndirilməsi, ictimaiyyət nümayəndələrinin hərbi hissələrdə həyata keçirilən quruculuq işləri, eləcə də valideynlərin övladlarının xidməti şəraiti ilə əyani şəkildə tanış olmaları məqsədilə Müdafiə Nazirliyi tərəfindən mütəmadi olaraq tədbirlər həyata keçirilir.
Görülən bu işlər xalqımız tərəfindən böyük rəğbətlə qarşılanır. Lakin son günlər müxtəlif ictimai və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin hərbi hissələrə, xüsusilə də ön xətdə yerləşən bölmələrə səfərlərindən sonra ayrı-ayrı vətəndaşlarımızın mobil telefon, videokamera və fotoaparat vasitəsilə hərbi hissələrin ərazisində çəkdikləri kadrlar sosial şəbəkələrdə yayılır, müxtəlif şərhlər paylaşılır. Beləliklə də “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanunun müvafiq tələbləri pozularaq düşmənə Ordumuz barədə məlumatlar əldə etmək imkanı yaradılır.
Müdafiə Nazirliyi bildirir ki, hərbi hissələrin və ön xətt bölmələrimizin, xüsusilə də onların şəxsi heyətinin təhlükəsizliyi baxımından bu cür hallar yolverilməzdir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər