BolgeXeber.Com » Xəbərlər » Azərbaycanda torpaq uçqunu: “Azərsu”nun işçiləri xəsarət alıb

Azərbaycanda torpaq uçqunu: “Azərsu”nun işçiləri xəsarət alıb

10-04-2019, 12:12
Oxunub: 1 986 Azərbaycanda torpaq uçqunu: “Azərsu”nun işçiləri xəsarət alıbDünən axşam saatlarında Ucarda torpaq uçqunu olub.

Kanalizasiya xəttində qəza aradan qaldırılarkən baş vermiş torpaq uçqunu zamanı “Azərsu” ASC-nin 2 əməkdaşı xəsarət alıb.

Minval.info xəbərinə görə, bunu ASC-nin mətbuat katibi Anar Cəbrayıllı deyib.

Onun sözlərinə görə, zərərçəkənlərin həyatı üçün təhlükə yoxdur: “Vilnur Sadıqov adlı əməkdaşımız hazırda Ucar Mərkəzi Rayon Xəstəxanasında müayinə olunur”.

ONA yazır ki, ümumilikdə, 4 nəfər uçqun altında qalıb. Həmin şəxslər uçqun altından çıxarılıb. Onlardan ikisinin xəsarəti ağır olduğu üçün onlar Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.