"Qaçqınkom"un vəzifəli şəxslərinin cinayət işi məhkəməyə göndərilib
11-04-2019, 12:03
Oxunub: 2 822
Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ("Qaçqınkom") Nəsimi rayonu sektorunun keçmiş müdiri Bəyverdi Novruzov və digər əməkdaşı Şahin Məmmədovun barəsində cinayət işi başlanılıb.
"Report"un xəbərinə görə, hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham irəli sürülüb.
Vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə təqsirləndirilən şəxslərin cinayət işində zərərçəkmiş qismində Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tanınır.
B.Novruzov və Ş Məmmədovun cinayət işinin ibtidai istintaqı prokurorluqda araşdırılaraq baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.
İş hakim Hafiz Kamranovun icraatına verilib və aprelin 23-də məhkəmənin hazırlıq iclası başlayacaq.
Qeyd edək ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin bu ilin əvvəlində müvafiq əmri ilə komitənin Nəsimi rayonu üzrə sektor müdiri B.Novruzov tutduğu vəzifədən azad edilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər